zamanlabirge.az
zamanlabirge.az

Kürəkənini bıçaqlayan qayınata saxlanıldı - YENİLƏNİB

19-09-2020, 10:58

Kürəkənini bıçaqlayan qayınata saxlanıldı - YENİLƏNİB Samuxda kürəkənini bıçaqlayan şəxs saxlanılıb.
Həmin şəxs Qovlarsarı kənd sakini 1973-cü il təvəllüdlü Ələkbərov Rəfaeldır.
Məlumata görə, hadisə onlar arasında yaranan mübahisədən sonra baş verib. Belə ki, 1992-ci il təvəllüdlü Həsənov Vüqar sərxoş vəziyyətdə qayınatasıgilə gəlib. Bu zaman onların arasında söz-söhbət olub. Nəticədə Rəfael Ələkbərov kürəkəninə 2 bıçaq zərbəsi vurub.
Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.

03:07
Samuxda bıçaqlanma hadisə baş verib.
Hadisə rayonun Qovlarsarı kənində qeydə alınıb.
1992-ci il təvəllüdlü Həsənov Vüqar Bəhruz oğlu qarnın kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, 28 yaşlı kişi qayınatası tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA