zamanlabirge.az
zamanlabirge.az

Qubada bir neçə fərdi yaşayış evlərində yanğın olub

20-09-2020, 10:36

Qubada bir neçə fərdi yaşayış evlərində yanğın olub Sentyabrın 19-da günün müxtəlif saatlarında Quba rayonunun Dəlləkli kəndində ayrı-ayrı vətəndaşlara məxsus ərazidə yanğın hadisələri baş verib.
Yanğınlar zamanı ümumi sahəsi 75 m² olan tövlənin damına yığılmış 15 ton ot bağlamasının 2,5 tonu, ümumi sahəsi 72 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə və damına yığılmış 15 ton ot bağlamasının 5 tonu və ümumi sahəsi 70 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 10 ton ot bağlamasının 4 tonu yanıb. Tövlələrin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğınlar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA