zamanlabirge.az
zamanlabirge.az

Qubada narkotik qəbul edib yük avtomobili sürən şəxs həbs olundu

26-01-2023, 10:32

Qubada narkotik qəbul edib yük avtomobili sürən şəxs həbs olundu Qubada narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı "Ford Tranzit” markalı yük avtomobilinin sürücüsü Bəxtiyar Əskərov yol hərəkəti qaydalarını pozduğuna görə yol polisi əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən həmin şəxsin narkotik vasitənin təsiri altında olması sübuta yetirilib. B.Əskərovun barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və məhkəməyə göndərilib.
Quba Rayon Məhkəməsinin qərarına əsasən həmin şəxs 15 gün müddətinə inzibati qaydada həbs olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA