zamanlabirge.az
zamanlabirge.az

UEFA: "Bu vəziyyətdə futbol oynamaq mümkün deyil"

24-04-2020, 16:54

UEFA: "Bu vəziyyətdə futbol oynamaq mümkün deyil" UEFA koronavirus pandemiyasına görə yarımçıq dayandırılan milli çempionatlar və avrokuboklarla bağlı yekun qərarını mayın 27-də keçiriləcək İcraiyyə Komitəsinin iclasında verəcək.
Bu barədə qitə futbol qurumunun vitse-prezidenti Karl-Erik Nilsson "Fotbollskanalen"ə açıqlamasında deyib.
UEFA rəsmisi bildirib ki, əsas məqsəd yarışların başa çatdırılmasıdır: "Amma Belçika və Şotlandiyadan siqnal almışıq. UEFA bütün milli assosiasiyalardan liqaların bərpasının mümkünlüyü barədə hesabat xahiş etdi. Əsas problem avrokubok yarışlarını qəbul edəcək ölkələrlə bağlıdır. Bu məsələ İcraiyyə Komitəsinin qarşıdakı iclasında qaldırılacaq. Həmin vaxt bütün suallara aydınlıq gələcək".
K.E.Nilsson bugünkü videokonfransda liqaların hansı tarixdə bərpasının müzakirə olunmadığını söyləyib: "Vəziyyət hər ölkədə eyni deyil, bir-birindən kəskin fərqlənir. Necə hərəkət edəcəyimizə dair təsvir və hesabat olmalıdır. Hökumətin tətbiq etdiyi qadağalar çempionatların başa çatdırılmasına mane ola bilər. Amma biz istəyirik ki, UEFA bu məlumatı alsın. Çünki hazırda bizdə informasiya yoxdur. Bununla belə, Belçika və Şotlandiya kimi ölkələrdə oyunları yekunlaşdırmaqla bağlı problem olduğunu bilirik".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA