zamanlabirge.az
zamanlabirge.az

Ronaldo "Yuventus"u tərk edə bilər

10-06-2020, 11:55

Ronaldo "Yuventus"u tərk edə bilər İtaliyanın "Yuventus" futbol klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo klubunu dəyişə bilər.
Bu barədə öz "Twitter" səhifəsində jurnalist və insayder Pyetro Baltsano yazıb.
P.Baltsano bildirib: "Deyiləni təsdiq edirəm: mövsümün sonunda "Yuventus" və "Ronaldo"nun yolları ayrıla bilər. Demək istəyirəm ki, bu hələ şayiədir, konkret xəbər deyil, lakin mən bunun üzərində işləyirəm".
Qeyd edək ki, cari mövsümdə K.Ronaldo "Yuventus"un heyətində Seriya A-nın 22 oyununda iştirak edib, 21 qol vurub və 3 qolla nəticələnən ötürmə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA