zamanlabirge.az
zamanlabirge.az

"Barselona"nın yeni transfer hədəfi: Edinson Kavani

26-06-2020, 15:04 8 dəfə baxılıb

"Barselona"nın yeni transfer hədəfi: Edinson Kavani "Barselona" "İnter"in hücumçusu Lautaro Martinesin transferini 111 milyon avroluq tələbə görə təxirə salıb.
"Sport" nəşri xəbər verir ki, katalonların yeni hədəfi PSJ-dən ayrılacağı dəqiqləşən Edinson Kavanidir.
Öncə "Atletiko" ilə danışıqlar aparan 33 yaşlı futbolçu katalonların marağından sonra təklifi dəyərləndirmək fikrindədir.
Uruqvaylı futbolçunun qardaşı və agenti olan Valter Quqlielmone transferlə bağlı açıqlamasında klub adı çəkməsə də, İspaniyadan təklif aldıqlarını deyib: "Klubların adını çəkmək doğru deyil, amma İspaniyada təkliflər almışıq. Bu təkliflərə baxırıq və seçimimizi edəcəyik".
Kavani 2013-cü ildə 64 milyon avro qarşılığında "Napoli"dən PSJ-yə keçmişdi. O,komandada 301 oyun keçirib və 200 qol vurub.
Kavaninin agentliyini edən 42 yaşlı Quqlielmone 2007-2009-cu illərdə Bakının "İnter" (indiki "Keşlə"), 2009-2010-cu illərdə isə "Neftçi" klubunda çıxış edib. Keçmiş hücumçu "İnter"də 45 oyunda 28 qol, "Neftçi"də isə 22 matçda 2 qol vurub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA