zamanlabirge.az
zamanlabirge.az

Azərbaycandan imtina edən futbolçu Türkiyə millisinə çağırılır

24-07-2020, 11:34

Azərbaycandan imtina edən futbolçu Türkiyə millisinə çağırılır Azərbaycan millisində oynamaqdan imtina edən Almaniyanın "Darmştadt" klubunun hücumçusu Sərdar Dursun arzusuna çatır.
Türkiyə yığmasında oynamağı hədəfləyən 29 yaşlı forvard baş məşqçi Şenol Günəşin maraq dairəsinə düşüb.
Cenk Tosun zədələndiyi üçün yeni hücumçu axtarışında olan çalışdırıcı ötən mövsüm Bundesliqa II-də 19 qol vuran Sərdarı sentyabrda Millətlər Liqasındakı oyunların heyətinə çağırmağı planlaşdırır. Forvard özü də bu yaxınlarda AFFA-dan təklif aldığını lakin Türkiyə millisində oynamaq istədiyi üçün dəvəti rədd etdiyini bilirib.
Qeyd edək ki, Türkiyə yığması sentyabrın 3-də Macarıstan, 6-da isə Serbiya ilə qarşılaşacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA