zamanlabirge.az
zamanlabirge.az

Premyer Liqanın 9 klubu “Mançester Siti”nin cəzalanmasını istədi

30-07-2020, 10:45

Premyer Liqanın 9 klubu “Mançester Siti”nin cəzalanmasını istədi İdman Arbitraj Məhkəməsi (CAS) UEFA-nın "Mançester Siti”yə verdiyi 2 illik avroliqalardan kənarlaşdırılma qərarını ləğv etmiş 30 milyon avro cəriməni isə 10 milyona endirmişdi.
Qurum bitən məhkəmənin ardından 93 səhifəlik raport yayımlayıb. CAS UEFA-nın iddialarının yalan olmadığını vurğulasa da, "Mançester Siti”nin gizli sponsorluq müqavilələri imzaladığına dair yetərli dərəcədə sübut olmadığı açıqlayıb.
Raportda "Mançester Siti”nin sərmayə fondlarına qatqısı olan sponsorluq gəlirlərini şişirtmədiyi, "Etihad”ın sponsorluq müqaviləsində ödəmə məsuliyyətlərinə uyğun gəldiyi öz əksini tapıb.
İngiltərə Premyer Liqasında çıxış edən 9 klubun "şəhərlilər”in avrokuboklar qadağasının qalxmaması üçün CAS-a müraciət etdiyi qeyd olunub. Bunlar "Arsenal”, "Börnli”, "Çelsi”, "Lester Siti”, "Liverpul”, "Mançester Yunayted”, "Nyukasl”, "Tottenhem” və "Vulverhempton”dur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA