zamanlabirge.az
zamanlabirge.az

Robert Prosineçki "Trabzonspor"da?

1-08-2020, 11:59 5 dəfə baxılıb

Robert Prosineçki "Trabzonspor"da? Baş məşqçi axtarışını davam etdirən "Trabzonspor" "Kayserispor"la müqaviləsi başa çatan Robert Prosineçki ilə görüşüb.
"Fanatik" xəbər verir ki, xorvatiyalı mütəxəssis Qara dəniz təmsilçisindən illik 1 milyon avro maaş istəyib. "Bordo-mavilər" 51 yaşlı mütəxəssisə bu maaşı ödəməyə hazırdır.
Prosineçki ilə Super Liqaya vəsiqə qazanan "Hatayspor" da maraqlanır.
"Trabzonspor"un baş məşqçi postuna digər namizəd isə Abdullah Avcıdır. Türkiyəli mütəxəssisin maaş tələbi xorvatiyalı ilə müqayisədə daha çoxdur. Lakin klub daxilində yekun qərar verilməyib.
Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA