zamanlabirge.az
zamanlabirge.az

Ronaldo "Yuventus"da ikinci mövsümə yekun vurdu

2-08-2020, 11:49

Ronaldo "Yuventus"da ikinci mövsümə yekun vurdu Turin "Yuventus"unun 35 yaşlı portuqaliyalı hücumçusu Kriştiano Ronaldo komandanın heyətində İtaliya çempionatında ikinci mövsümün tamamlanmasından sonra sosial şəbəkələrdə fikirlərini bölüşüb.
Hücumçu çempionluq uğrunda növbəti mübarizəni davam etdirməyin zəruriliyini vurğulayıb.
"Yuventus"la A Seriyasının doqquz titulundan son ikisini udmağa xoşbəxtəm! Bu, kiməsə asan görünəcək, amma belə deyil! İlbəil istedadla, sədaqətlə və çalışqan işlə siz öz hədəflərinə nail ola və əvvəlkindən daha yaxşı ola biləcəksiniz! Üçüncü çempionluq uğrunda irəli!", - deyə Ronaldo "İtaliya Çempionları" və "31 qol" həştəqi ilə özünün "Instagram"dakı hesabında yazıb.
Xatırladaq ki, A Seriyası mövsümünün nəticəsinə görə "Yuventus" İtaliya çempionu olub. Bu, ardıcıl (2011/2012, 2012/2013, 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020) doqquzuncu qələbədir. 35 yaşlı Kriştiano Ronaldo üçün bu, A Seriyasının ardıcıl ikinci, "Yuventus"un heyətində isə üçüncü ardıcıl nailiyyətdir. çünki 2018-ci ildə o həmçinin İtaliya Super Kubokunun qalibi olub.
Ronaldo "Yuventus"a 2018-ci ilin yayında "Real Madrid"dən keçib. Transferin məbləği 117 milyon avro təşkil edib. 35 yaşlı hücumçu İtaliya çempionatının cari mövsümünün 33 matçında (bütün oyunlarda əsas heyətdə) iştirak edərək 31 qol vurub, həmçinin 6 məhsuldar ötürmə verib. Hücumçunun klubla müqaviləsi 2022-ci il ilin yayında başa çatır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA