zamanlabirge.az
zamanlabirge.az

Fransa çempionatında ikinci turun növbəti oyunu keçirilib - NƏTİCƏLƏR

19-08-2019, 10:32

Fransa çempionatında ikinci turun növbəti oyunu keçirilib - NƏTİCƏLƏR Avqustun 18-də futbol üzrə Fransa çempionatında ikinci turun növbəti oyunu keçirilib.
Ötən mövzumun çempionu "Paris Sen-Jermen” səfərdə "Renn” klubu ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı 36-ci dəqiqədə "Paris Sen-Jemen” Edison Kavaninin sayəsində açsa da, ardıcıl iki qol buraxan paytaxt təmsilçisi yeni mövsümün ikinci turunda məğlubiyyətlə üzləşib. Meydan sahiblərinin heyətində Mbaye Niyanq (44) və Romain Del Kostillo (48) fərqlənməyə nail olublar.
Qeyd edək ki, "Paris Sen-Jermen” birinci turda "Nimes” klubunu məğlub etmişdi (3:0).
Növbəti turda "Paris Sen-Jemen” doğma meydanda "Tuluza” klubunu qəbul edəcək, "Renn” isə səfərdə "Strasburq”un qonağı olacaq.
Üçüncü turun görüşləri avqustun 24, 25, 27 və 29-da keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA