zamanlabirge.az
zamanlabirge.az

Poqbanın "Mançester Siti"yə keçməkdən imtina etməsinin səbəbi açıqlanıb

20-05-2022, 11:18

Poqbanın "Mançester Siti"yə keçməkdən imtina etməsinin səbəbi açıqlanıb "Mançester Yunayted"in və Fransa millisinin yarımmüdafiəçisi Pol Poqba "Mançester Siti"yə keçməkdən imtina edib.
Bu barədə "The Times" qəzeti yazır.
Nəşr iddia edir ki, 28 yaşlı yarımmüdafiəçi "şəhərlilərin" düşərgəsinə keçməyə çox yaxın olub, hətta müqavilə belə razılaşdırılıb. Lakin Poqba son anda “qırmızı şeytanlar” azarkeşlərinin reaksiyasından çəkinərək fikrini dəyişib və “Siti”yə keçməyib.
Poqba "Mançester Siti" ilə əlaqə saxlayaraq "Yunayted"dən ayrılacağı təqdirdə İngiltərədən kənarda oynayacağını bildirib. Məlumata görə, Turin "Yuventus"u futbolçunun geri dönüşündə maraqlıdır.
Poqbanın "Mançester Yunayted"lə müqaviləsi 30 iyun 2022-ci ildə başa çatacaq. O, "qırmızı şeytanların" heyətində 2016-cı ildə oynamağa başlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA