zamanlabirge.az
zamanlabirge.az

"Yuventus"un rəhbərliyi tam tərkibdə istefa verib

29-11-2022, 13:57

"Yuventus"un rəhbərliyi tam tərkibdə istefa verib İtaliyanın Turin şəhərinin "Yuventus" klubunun rəhbərliyi tam tərkibdə istefa vermək qərarına gəlib.
Bu barədə mənbələrə istinadən "La Gazzetta dello Sport" qəzeti məlumat yayıb.
Məlumata əsasən, bu qərar kollegiyanın növbədənkənar iclasında qəbul edilib. Öz vəzifələrini klubun prezident Andrea Anelli, vitse-prezidenti Pavel Nedved, baş icraçı direktoru Mauritsio Arrivabene və idarə heyətinin daha 7 üzvü tərk ediblər.
Bu qərarın verilməsinə səbəb kimi isə büdcənin təsdiqi ilə bağlı hesabat pozuntuları və bundan irəli gələn problemlərin araşdırılması göstərilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA