zamanlabirge.az
zamanlabirge.az

Holandın dublu "Mançester Siti"yə "Lids" üzərində qələbə qazandırıb

29-12-2022, 11:07

Holandın dublu "Mançester Siti"yə "Lids" üzərində qələbə qazandırıb Futbol üzrə İngiltərə Premyer Liqasının 17-ci turu çərçivəsində "Lids" "Mançetser Siti"ni qəbul edib.
Lidsdə "Elland Roud" stadionunda baş tutan oyun qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Mançester Siti"nin qollarını Rodri (45+1-ci dəqiqə) və E.Holand (51 və 64-cü dəqiqələr) vurublar. "Lids"in yeganə qolunu 73-cü dəqiqədə P.Ströyk vurub.
Qeyd edək ki, 17 turdan sonra "Mançester Siti" (15 oyun keçirib) 35 xalla turnir cədvəlinin ikinci yerində, "Lids" isə (15 oyun keçirib) 15 xalla 15-ci yerdə qərarlaşıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA