zamanlabirge.az
zamanlabirge.az

Kriştiano Ronaldo yeni rekord müəyyən edib

11-09-2019, 16:51

Kriştiano Ronaldo yeni rekord müəyyən edib "Avro 2020”nin seçmə mərhələsinin altıncı turu çərçivəsində ötən gün oynanılan Litva-Portuqaliya (1:5) qarşılaşması məşhur futbolçu Kriştiano Ronaldo üçün əlamətdar olub.
Səfər matçında rəqib qapısına dörd dəfə yol tapan Portuqaliya millisinin kapitanı Avropa çempionatlarının seçmə mərhələlərində vurduğu qolların sayını 24-ə çatdırıb. Kriştiano Ronaldo bu göstərici üzrə irlandiyalı Robi Kini qabaqlayıb. Avropa çempionatlarının seçmə mərhələlərində 23 qolu olan Robi Kinin rekordu səkkiz ildir yenilənmədən qalırdı.
Otuz dörd yaşlı futbolçu Portuqaliya millisinin heyətində 159 oyunda 93 dəfə fərqlənib.
Avropada milli komandanın heyətində ən çox oyun keçirən futbolçu İtaliya yığmasının qapıçısı Canluici Buffondur – 176 dəfə.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA