zamanlabirge.az
zamanlabirge.az

Kiprli gimnast: Bura cənnətdir

16-09-2019, 18:09

Kiprli gimnast: Bura cənnətdir Bədii gimnastika yarışlarında biz öz proqramımızla hər kəsi fəth etmək istəyirik.
Bunu Kipr gimnastı Viktoriya Skittidis təsnifat yarışlarındakı çıxışından sonra deyib.
O bildirib ki, Bakıda Kipri 3 gimnast təmsil edir:
“Mən dörd alətlə çıxış edirəm, digər qızlar isə iki alətlə çıxış edir. Biz artıq 3 ildir ki, bir yerdə məşq edirik. Komanda daxilində rəqabət var, amma biz bir-birimizi dəstəkləyirik”.
V.Skittidi qeyd edib ki, bundan əvvəl də Bakıda yarışlarda iştirak edib və bu çempionata əvvəlki səhvlərini təkrarlamamaq ümidi ilə gəlib. Həmçinin, "bura cənnətdir" - deyən gimnast vurğulayıb ki, Milli Gimnastika Arenasında gimnastlar üçün hər cür şərait yaradılıb.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.
Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.
61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.
Dünya çempionatı 16-22 sentyabrda keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA