zamanlabirge.az
zamanlabirge.az

Azad Rəhimov: Koronavirusla əlaqədar Azərbaycanda heç bir yarışa məhdudiyyət qoyulmayıb

27-02-2020, 14:16

Azad Rəhimov: Koronavirusla əlaqədar Azərbaycanda heç bir yarışa məhdudiyyət qoyulmayıb Koronavirusla bağlı hər hansı yarışda iştirakla bağlı heç bir məhdudiyyət qoymamışıq.
Bunu fevralın 27-də Gənclər və İdman naziri Azad Rəhimov jurnalistlərə müsahibəsində deyib.
Hər hansı ölkədə koronavirus təhlükəsi ilə əlaqədar federasiyalarla birlikdə qərarların qəbul olunduğunu vurğulayan nazir bildirib: "Hazırda ölkələr belə bir məhdudiyyət tətbiq edirlər. Buna misal olaraq İtaliyanı göstərmək olar. Bu gün İtaliyada bütün yarışlar ləğv olunub. Çalışırıq ki, mövcud vəziyyətlə tanış olaq və idmançıları qoruyaq. Beş aydan sonra "Tokio-2020” Yay Olimpiya Oyunları keçiriləcək. Əsas məsələ ondan ibarətdir ki, biz idmançılarımızı qorumalıyıq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA