zamanlabirge.az
zamanlabirge.az

Avroliqanın finalında VAR sistemindən istifadə olunacaq

17-05-2019, 10:51

Avroliqanın finalında VAR sistemindən istifadə olunacaq UEFA-nın rəsmi saytında verilən məlumata görə, Avropa Liqasının finalında İngiltərənin "Arsenal” və "Çelsi” komandaları arasında matçda VAR (arbitrlərə videokömək) sistemindən istifadə ediləcək.
Bu matç turnir tarixində hakimlərin videotəkrarlardan istifadə edə biləcəyi ilk oyun olacaq.
Xatırladaq ki, "Arsenal”-"Çelsi” finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Matçın baş arbitri italiyalı Canluka Rokki olacaq. Ona Filippo Meli və Lorenso Manqanelli kömək edəcək. Dördüncü arbitr kimi Daniele Orsato təyin edilib.
Bundan əvvəl VAR sistemindən Çempionlar Liqasının pley-off matçlarında istifadə edilib.
Əlavə məlumat kimi qeyd edək ki, Avroliqanın qalibi Çempionlar Liqasına birbaşa vəsiqə alacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA