zamanlabirge.az
zamanlabirge.az

Azərbaycanın iqtisadi siyasəti ölkəni risklərdən qoruyur

14-04-2020, 11:17

Azərbaycanın iqtisadi siyasəti ölkəni risklərdən qoruyur Son 20 ildə Azərbaycan iqtisadiyyatına 270 milyard dollardan çox investisya qoyulub. Bunun əhəmiyyətli hissəsi qeyri-neft sektoruna yönləndirilib. Odur ki, dünyada baş verən böyük iqtisadi şoklar Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərmir. Hətta ölkəmizdə istehsal edilməyən məhsulların da istehlakçılara vaxtında və davamlı çatdırılması təmin edilir.
2020- ci ilin ilk iki ayında sənayedəki artım 22 % -ə yaxın olub. Ölkənin müxtəlif yerlərində sənaye parkı və məhəllələri yaradılıb ki, bu da qısa müddətdə müxtəlif təyinatlı istehsal müəssisələrinin yaradılmasında infrastruktur bazası yaradır. Bir neçə gün əvvəl Sumqayıt sənaye parkında açılan tibbi maska istehsalı müəssəsi də buna nümunədir.
İqtisadçı alim, millət vəkili Vüqar Bayramov bildirir ki, post-pandemiya dövründə atılacaq əsas addımlar daxili istehsalın genişlənidirilməsi ilə bağlı olacaq. Burada isə qida məhsulları və dərman vastələrinin istehsalı xüsusi yer tutacaq. Dövlət tərəfindən iqtisadiyyata 2,5 milyard manatlıq dəstək göstərilib ki, bu vəsaitlər həm də sözügedən məqsədələrə nail olunmasına sərf ediləcək.
Azərbaycanda qeyri-neft sektoru və insan kapitalına qoyulan milyonlarla manat vəsait və sahibkarlar üçün həm infrastrukturun yaradılması, həm də müxtəlif güzəştlərin edilməsi onu deməyə əsas verir ki, iqtisadiyyatda pandemiyadan sonra da artım davam edəcək. Xüsusilə kənd təsərrüfatına qoyulan böyük sərmayələrin növbəti illərdə müsbət nəticələr verəcəyi gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA