zamanlabirge.az
zamanlabirge.az

Azərbaycanda indiyədək 2,3 milyon tondan çox taxıl yığılıb

3-07-2020, 12:53

Azərbaycanda indiyədək 2,3 milyon tondan çox taxıl yığılıb Azərbaycanda taxıl zəmilərinin 70,5 faizində biçin başa çatıb. İyulun 2-nə olan operativ məlumata görə, 716682 hektar biçilmiş sahədən 2269775,4 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 31,7 sent/ha təşkil edir.
Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, arpa sahələrinin biçini yekunlaşmaq üzrədir. Ölkə üzrə 370 min hektara yaxın payızlıq arpa əkini aparılıb, bu günədək 322878 hektar sahədə biçin başa çatıb. Hazırda dağətəyi rayonlarda arpa biçini davam edir. Sahələrdən ümumilikdə 976992,6 ton arpa yığılıb. Arpa üzrə orta məhsuldarlıq 30,3 sentner təşkil edir. Dağətəyi rayonların əksəriyyətində arpa biçini başa çatıb.
Buğda sahələrində də biçin davam edir. Ölkə üzrə 641 min hektar buğda sahəsinin 393804 hektarında biçin yekunlaşıb. Sahələrdən 1292782,8 ton buğda yığılıb. Buğda üzrə orta məhsuldarlıq hazırda 32,8 sentner təşkil edir.
Bu günə olan operativ məlumata görə, biçin prosesində 1426 kombayn iştirak edir. Bunlardan 465-i "Aqrolizinq" ASC-nin biçin aparılan bölgələrdəki rayon bölmələrinin balansında olan kombaynlardır. "Aqrolizinq" tərəfindən biçin başa çatmış Aran bölgələrindən və biçin aparılmayan dağlıq bölgələrdən aktiv biçin zonasına əlavə 226 kombayn dislokasiya olunub. Biçində həmçinin fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 735 kombayn iştirak edir.
Qeyd edək ki, bu il Azərbaycanda 1010218 hektar sahədə payızlıq taxıl əkilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA