zamanlabirge.az
zamanlabirge.az

Azərbaycanda 10 yeni su anbarı yaradılacaq - SİYAHI

28-07-2020, 11:19 12 dəfə baxılıb

Azərbaycanda 10 yeni su anbarı yaradılacaq - SİYAHI Azərbaycanda yeni su anbarları yaradılacaq.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.
Sənədə əsasən, lağ çayları sularının yığılması üçün relyefə uyğun yaradılması nəzərdə tutulan su anbarları aşağıdakılardır:

1. Əlicançay su anbarı
2. Qudiyalçay su anbarı
3. Vəlvələçay su anbarı
4. Qaraçay su anbarı
5. Qusarçay su anbarı
6. Ağsuçay su anbarı
7. Türyançay su anbarı
8. Yengicə su anbarı
9. Viləşçay su anbarı
10. Zəyəmçay su anbarı.

“Azmelsutəsərrüfat” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi 2020-2021-ci illərdə ölkədə su ehtiyatlarının artırılması və bu istiqamətdə dağ çayları sularının yığılması üçün relyefə uyğun su anbarlarının yaradılması məqsədilə texniki-iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirmənin həyata keçirilməsini təmin etməlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA