zamanlabirge.az
zamanlabirge.az

Aşağı gəlirli əhali qrupu üçün bank xidmətləri pulsuz olacaq - Mərkəzi Bank

15-09-2020, 13:09

Aşağı gəlirli əhali qrupu üçün bank xidmətləri pulsuz olacaq - Mərkəzi Bank Azərbaycan Respublikası Prezidentinin ölkədə aztəminatlı əhalinin sosial rifahının gücləndirilməsi, yoxsulluğun azaldılması və məşğulluğun artırılması ilə bağlı verdiyi tapşırıqların icrası Mərkəzi Bankın daim diqqət mərkəzində saxlanılır və ölkədə maliyyə inklüzivliyinin yüksəldilməsi, bank xidmətlərinin çatdırılması kanallarının diversifikasiyası, xüsusilə aşağı gəlirli əhali qrupunun bank xidmətlərinə səmərəli və effektiv çıxışının təmin edilməsi istiqamətinə müvafiq tədbilər həyata keçirilməkdədir.
Mərkəzi Bankdan verilən məlumata görə, bu istiqamətdə aparılan tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Banklar Assosiasiyası ilə birgə aşağı gəlirli əhali qrupu üçün pulsuz “Baza bank xidmətləri” təkliflər paketini hazırlayaraq bank sektoruna təqdim etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində hazırlanmış “Baza bank xidmətləri” paketi özündə aşağı gəlirli əhali qrupu üçün pulsuz bank hesabının açılması, pulsuz debet ödəniş kartının təqdim edilməsi, emitent bank tərəfindən ölkədaxili öz ekvayer şəbəkəsindən nağdlaşdırma əməliyyatlarına xidmət haqqının tətbiq edilməməsi, elektron bankçılıq xidmətlərindən istifadə etməklə aparılan ödənişlər üzrə xidmət haqlarının tutulmaması və sair kimi güzəştləri ehtiva edir.
Layihənin ilkin mərhələsində ölkə başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası çərçivəsində Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan 600 min vətəndaşa ölkədə fəaliyyət göstərən banklar tərəfindən pulsuz baza bank xidmətlərinin təqdim olunması nəzərdə tutulmuşdur.
Banklar tərəfindən aşağı gəlirli əhali qrupu üçün pulsuz “Baza bank xidmətləri”nin təqdim olunması ölkədə bank xidmətlərindən məhdud istifadə edən aşağı gəlirli əhali qrupunun daha səmərəli və effektiv kanallarla rəqəmsal maliyyə xidmətlərinə çıxışını genişləndirəcək, maliyyə inklüzivliyinin yüksəldilməsini və maliyyə bank xidmətlərinin əlçatanlığını gücləndirəcəkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA