zamanlabirge.az
zamanlabirge.az

Azərbaycan Asiya İnkişaf Bankının yeni donoru olub

17-09-2020, 12:26

Azərbaycan Asiya İnkişaf Bankının yeni donoru olub Asiya İnkişaf Bankının (AİB) donorları Asiya İnkişaf Fondunun və xüsusi texniki yardım fondunun büdcələrinə 4 milyard dollar məbləğində əlavə vəsaitin ayrılması barədə razılıq əldə edib.
Bu barədə AİB-ə istinadən məlumat verir.
Məlumata əsasən, həmin vəsaitin 58 faizi və ya 2,3 milyard dollardan çoxu 30 donorun, o cümlədən iki yeni donor – Azərbaycan və Filippinin hesabına maliyyələşəcək.
Məbləğin 42 faizi və ya 1,7 milyard dolları isə daxili ehtiyatlar, o cümlədən AİB-in transfert gəlirləri və investisiya gəlirləri hesabına maliyyələşəcək.
Daha üç donorun öz öhdəliklərini təsdiq etməsindən sonra vəsaitlərin ümumi həcminin artması gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA