zamanlabirge.az
zamanlabirge.az

Ermənistan torpaqlarımızı işğal etməklə hansı gəlirləri əldə edib?

5-11-2020, 10:12

Ermənistan torpaqlarımızı işğal etməklə hansı gəlirləri əldə edib? Ermənistanın Azərbaycanın işğal altında olan ərazilərindən götürdüyü faydalar haqqında danışarkən, onların gəlirlərini təhlil edərkən daha çox faydalı qazıntı yataqları haqqında, orada olan ehtiyatlar və bu ehtiyatlardan düşmən ölkənin yararlanması haqqında danışırıq. Amma unutmayaq ki, bu gəlir Ermənistanın bizim torpaqlardan əldə etdiyi gəlirin hamısı deyil. Ermənistan bizim torpaqlarımızdan digər istiqamətlər hesabına da böyük gəlir əldə edib.
Bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
O bildirib ki, birinci Qarabağ müharibəsi zamanı düşmən ölkənin Silahlı Qüvvələri tərəfindən torpaqlarımızın işğalı nəticəsində ölkəmizə dəymiş maddi ziyan 820 milyard ABŞ dollarına yaxın həcmində qiymətləndirilir. Lakin bu, yalnız ilkin hesablamadır. Ermənistanın bizim ərazilərimizdən əldə etdiyi gəlirin böyük bir hissəsi məhz bu məbləğin strukturuna daxildir.
Ermənistanın torpaqlarımızı işğal etdikdən sonra əldə etdiyi gəlirlər barədə danışan ekspert qeyd edib ki, şəhər və kəndlərimizdə olan bütün tikililər sökülərək, tikinti materialı kimi Ermənistan ərazisinə daşınıb:
"Dam örtüklərindən qapılara, pəncərəsindən divarındakı mişar daşına qədər- hər şey Ermənistana daşınıb. Bunların 150-160 min fərdi ev, 10 minə yaxın ictimai bina, 10 minlərlə digər təyinatlar üzrə istifadədə olan binalar olduğunu nəzərə alsaq, düşmənin torpaqlarımızdan Ermənistan ərazisinə təkcə bu sahədə daşıdığı dəyərin 9 milyarda yaxın olduğunu görərik".
E.Əmirovun sözlərinə görə, uzun illər idi ki, Azərbaycan sərhədçiləri Azərbaycan-İran sərhədinin işğal altında olan 132 kilometrinə nəzarət edə bilmirdilər. Bu isə o demək idi ki, işğal altındakı ərazilərimiz narkobaronların Asiyadan Avropaya tranzit kimi istifadə etməsi üçün əlverişli yer olub. Bu ərazilər təkcə tranzit olaraq deyil, eyni zamanda narkotik vasitələrin yetişdirilməsi, tədarükü, emal laboratoriyalarının fəaliyyəti və ixracı üçün narkobaronları istifadəsində idi:
"Bu fəaliyyət Ermənistana yüz milyonlarla gəlir gətirdiyi üçün onlar buna mane olmur, əksinə bunu dövlətə iqtisadi dəstək paketi səviyyəsinə qaldırmışdılar və narkofəaliyyəti var güclərilə stimullaşdırırdılar. Hətta bircə o qalmışdı ki, Ermənistan narkotik xassəli bitkilərin yetişdirilməsini yeni kənd təsərrüfatı seqmenti kimi təqdim etsin".
İqtisadçı əlavə edib ki, Qarabağ ərazisində terrorizm bazalarının yaradılması və genişləndirilməsinə Ermənistan höküməti 2 tərəfli mənfəət mənbəyi kimi baxırdı. Bunlardan biri hərbi, digəri isə maddı mənfəət idi. Çünki belə fəaliyyət terrorçulardan hərbi güc kimi istifadə etməkdən başqa, həm də bu terror təşkilatlarının arxasında duran dövlətlərdən buraya əlavə maliyyə yardımının göstəruilməsi demək idi.
E.Əmirov hesab edir ki, Ermənistanın ekoloji terror vasitəsilə əldə etdiyi gəlir Azərbaycan üçün daha ağrılı fəsadlar verdi. Çünki maddi asılılğı olan itkiləri dövlət yenidən bərpa edə biləcək. Amma ekoloji fəlakət, məhv edilmiş meşələr, fauna və floranın bərpası isə çətin məsələdir:
"Bizim işğal edilmiş ərazilərdə qoruqlarımız var idi ki, orada yaşı 1500 ildən çox olan çinar növlərinə rast gəlmək olardı. Bu gün onlardan əsər-əlamət qalmayıb. Məhz bu talançılğın nəticəsidir ki, işğaldan sonra Ermənistan meşə sənayesi istehsalı düz 10 dəfə artdı. Bu göstərici fantastik bir artımdır, Ermənistan istisadiyyatının heç bir sahəsində belə artım nəticəsini əldə edə bilməyib. Bu fakt özü Ermənistan tərəfindən meşələrimizə divan tutulmasını sübut edir:
"Qeyd etdiyim kimi Ermənistanın gəlir götürdüyü sahələr arasında faydalı qazıntı yataqları lider mövqeyə malikdir. Belə ki, işğalda olan ərazilərdə 160-dan çox faydalı qazıntı yataqları, o cümlədən qızıl, civə, mis, qurğuşun, sink, daş kömür və digər sərvətlər ermənilər tərəfindən talan edilib. Ermənistan talançılıq siyasətini getdikcə daha da aqresivləşdirərək prosesdə üçüncü ölkələrin iştirakına xüsusi yer ayırdı. Bu yataqların istismarına "Sterlite Gold Ltd", "Sirkap Armenian", "Base Metals", "Manex and Valex", "Armenian Copper Programme" kimi onlarla şirkət cəlb edildi".
Mütəxəssis qeyd edib ki, Ermənistanın bu talançılıqdan əldə etdiyi gəlirin ümumi həcmi milyardlarladır. Hələ 10 il bundan əvvəl Ermənistanın Azərbaycan yataqlarından ixrac etdiyi illik qızılın həcmi 3 tona yaxınlaşırdı. Lakin bu göstərici ildən-ilə artan xətt üzrə davam edib. 2014-cü ildə isə Ermənistan Azərbaycanda işğal etdikləri ərazilərin ehtiyatlarına güvənərək qiymətli materiallar zavodunun tikintisi üçün investisiya planı hazırladı. İnvestisiya şirkətinin sahibi Vartan Sirmakes idi. Onun təşəbbüsilə bu zavodun məhz bu il 2020-ci ildə istismara verilməsi nəzərdə tutulurdu. İndiyə qədər Vartan Sirmakes bu ixracın bir hissəsini İsveçrəyə istiqamətləndirirdi. Rəsmi məlumatlara görə, İsvceçrə Ermənistanın ixrac siyahısındakı ölkələr arasında 2-ci ən çox pay sahibi olmaqla ixracın 17%-dən artığına sahiblənir. Bu isə 457 milyon dollardan artıq maliyyə vəsaiti deməkdir:
"Ermənistan üçün 17%-i 457 milyon dollarlıq bir ixracın olması ümumi göstəricidə illik 2.7 milyardlıq bir ixracın olması deməkdir. Düzdür, bu tamlıqla Ermənistanın dövlət büdcəsinə xas mütləq gəlir olmasa da, dövlət büdcəsinin gəlirləri 3,5 milyard dollar proqnozlaşdırılan bir olkə üçün 2.7 milyard dollarlıq bir ixrac həcminin nə demək olduğunu, hansı əhəmiyyət daşıdığı təsəvvür etmək çətin deyil. Düşünürəm ki, müzəffər Azərbaycan ordusu tərəfindən torpaqlarımız işğaldan azad edildikdən sonra Ermənistan iqtisadiyyatı suyu qurumuş çay kimi olacaq. Azərbaycan sərvətlərinin 27 illik talanı Ermənistan tarixinin ən xoş yuxusuna çevriləcək".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA