zamanlabirge.az
zamanlabirge.az

Azərbaycanın qızıl və zinət əşyaları bazarında vəziyyət stabilləşib

14-11-2022, 11:36

Azərbaycanın qızıl və zinət əşyaları bazarında vəziyyət stabilləşib Azərbaycanın qızıl və zinət əşyaları bazarında vəziyyət stabilləşib.
Bunu Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev deyib.
Onun sözlərinə görə, Məhərrəm və Səfər aylarında şənlik mərasimlərinin keçirilməməsi Azərbaycanda qızıl və zinət əşyaları bazarına mənfi təsir etmişdi.
"Yeni il qabağı istehsalçılar da mal ehtiyatlarını artırmağa çalışırlar. Ümumi olaraq hazırda qızıl və zinət əşyaları bazarındakı vəziyyəti müsbət qiymətləndirmək olar. Qiymətlərdə bahalaşma qeydə alınmayıb. Hər bayram ərəfəsində qızıl və zinət əşyalarına tələbat artır. Ancaq tələbatın artması qiymətləri bahalaşdırmır. Ölkəmizdə vətəndaşlar əsasən yerli istehsal olan qızıl və zinət əşyalarına üstünlük verir. Daha sonrakı yerlərdə isə Türkiyə, İtaliya, Birləşmiş Ərəb Əmirliklərində istehsal olunan qızıllar gəlir".
T.Abbasquliyev bildirib ki, Azərbaycanda zərgərlik bazarının 75 faizi toy-nişan mərasimləri hesabına formalaşır.
"Pandemiyadan sonra toylar daha sadə keçirilməyə başlanıb. Bu da zərgərlik bazarına müəyyən qədər mənfi təsir göstərir", - deyə o, qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA