zamanlabirge.az
zamanlabirge.az

Azərbaycanda peyk xidmətlərindən istifadə artıb

1-12-2022, 11:14

Azərbaycanda peyk xidmətlərindən istifadə artıb 2019-2022-ci illəri əhatə edən dövlət proqramının yekunlarına əsasən, “Azərkosmos” ASC yerli dövlət qurumları və təhsil müəssisələri ilə birgə peyk görüntülərindən istifadə etməklə 400-dən çox layihə həyata keçirib.
Bunu jurnalistlərə "Azərkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.
Onun sözlərinə görə, ümumilikdə 137 layihə elmi təqdimatlara həsr olunub.
"Bu dövlət proqramı sayəsində peyk xidmətlərindən istifadə artıb. Coğrafi informasiya sistemləri sahəsində mütəxəssislərin hazırlanması və elmi tədqiqatlar üçün peyk məlumatlarından istifadənin genişləndirilməsi məqsədilə artıq Milli Aviasiya Akademiyasında Aerokosmik Monitorinq Tədris Mərkəzi fəaliyyətə başlayıb”, - deyə S.Əsədov bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA