zamanlabirge.az
zamanlabirge.az

Azərbaycanda ictimai nəzarətin onlayn platformasına müraciətlərin əhəmiyyətli hissəsi təmin olunub

6-12-2022, 11:35

Azərbaycanda ictimai nəzarətin onlayn platformasına müraciətlərin əhəmiyyətli hissəsi təmin olunub Azərbaycanda bu ilin sentyabr-noyabr aylarında onlayn ictimai nəzarət platformasında qeydə alınan müraciətlərin 70 faizə yaxını təmin edilib.
Bunu "MG Consulting"in nümayəndəsi Hamlet Babayev "İctimai nəzarət" layihəsinin onlayn platforması (www.enezaret.az) çərçivəsində görülən işlərin yekunlarına həsr olunmuş dəyirmi masada deyib.
H.Babayev qeyd edib ki, bu, mühüm göstəricidir:
“Bu günə kimi Azərbaycanda ictimai nəzarətin onlayn platforması çərçivəsində müraciətlərin ümumi sayı 5 minə yaxın olub"
İctimai Nəzarət Onlayn Platforması ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Şəffaflıq üçün Vətəndaş Cəmiyyəti (ECSOFT) layihəsi çərçivəsində Milli Açıq Hökumət Platforması ilə birgə həyata keçirilən pilot layihədir. Bu platformanın yaradılmasında məqsəd ictimai maraq doğuran bəzi məsələlər (yollar, infrastruktur, abadlıq və s.) ilə bağlı vətəndaşlardan video və foto sübutlarla məlumat almaq və onların aidiyyəti dövlət orqanlarında həllinə nail olmaqdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA