zamanlabirge.az
zamanlabirge.az

Deputat bankların kredit faizlərindən ŞİKAYƏTLƏNDİ: "Vətəndaşlar çox əziyyət çəkir"

19-01-2023, 11:35

Deputat bankların kredit faizlərindən ŞİKAYƏTLƏNDİ: "Vətəndaşlar çox əziyyət çəkir" “Azərbaycanda fəaliyyət göstərən bankların verdiyi kreditlərin faizləri (18 %-dən 26 %-ə qədər) çox yüksəkdir. Ona görə də vətəndaşlar bu məsələdə çox əziyyət çəkir. Problemli kreditlər portfelinin şişməsinin səbəblərindən biri də məhz budur”.
Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında deputat Azay Quliyev deyib.
Deputat bildirib ki, kredit məsələsində bankların hüquqları da nəzərə alınmalıdır: “Lakin bu elə olmalıdır ki, həm vətəndaş qazansın, həm də banklar gəlir əldə etsin. Ölkədə bir müddət əvvəl çox sayda banklar ləğv olundu. Banklarda olan əmanətlərin idarə olunması aidiyyəti fonda həvalə olundu. Bir neçə şikayətçi seçici görüşlərdə bizə müraciət edir ki, ləğv olunan bankdan kredit alıb və bu günə qədər də öhdəliyinə götürdüyü məbləğin iki mislini ödəyib. Amma Əmanətlərin Sığortlanması Fondu vətəndaşdan götürdüyü kredit məbləğindən artıq vəsait tələb edir. Axı bank ləğv olunub, vətəndaş da lazım olan məbləği artıqlaması ilə ödəyib. Vətəndaş sosial dəstəyə ehytiyacı olan təbəqəyə aiddir. O kredit götürdüyü zaman evini girov qoyur, borcu qaytara bilmədiyi üçün evi hərraca çıxarılaraq satılır və o çöldə qalır. Ona görə də, təklif edirəm ki, həssas təbəqədən olan şəxslərə dəstək göstərilsin. Bu məsələ hansısa formada tənzimlənməlidir".(unikal)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA