zamanlabirge.az
zamanlabirge.az

Asiya İnkişaf Bankı Azırbaycanda dəmiryol layihəsinin başa çatacağı vaxtı açıqlayıb

23-03-2023, 11:20

Asiya İnkişaf Bankı Azırbaycanda dəmiryol layihəsinin başa çatacağı vaxtı açıqlayıb Asiya İnkişaf Bankı (AİB) hazırda Azərbaycanda dəmiryol sektorunun inkişafı proqramı adlı layihəni maliyyələşdirir.
Bu barədə AİB-nin Azərbaycan üzrə direktoru Kendis MakDeyqan deyib.
Onun sözlərinə görə, layihənin ümumi dəyəri 400 milyon dollar təşkil edir.
"Bu proqram Azərbaycanda dəmiryol xidmətlərinin göstərilməsini və dəmiryol əməliyyatlarının maliyyə dayanıqlığını yaxşılaşdıracaq. Kredit siyasətinə əsaslanan layihə Azərbaycanın dəmiryol sektorunun inkişafında islahatları dəstəkləyir", - K.MakDeyqan əlavə edib.
Layihə çərçivəsində uzunluğu təxminən 166 kilometr olan Sumqayıt-Yalama dəmiryol xətti bərpa olunacaq.
"Biz hökumətin prioritetlərinə uyğun olaraq əsas nəqliyyat dəhlizlərinin tranzit imkanlarının artırılmasına əlavə yardım göstərməyə hazırıq ki, bu da regional əməkdaşlığa və Qafqazdan kənarda dayanıqlı ticarətə töhfə verə bilər", - o əlavə edib.
Bu günə qədər AİB Azərbaycana dövlət sektoru üçün ümumi məbləği 3,7 milyard dollar olan 65 kredit, qrant və texniki yardım ayırıb. AİB-nin Azərbaycandakı hazırkı suveren portfelinə 856,8 milyon dollar məbləğində 2 kredit və 1 suveren zəmanət daxildir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA