Vidadi Nəzərov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır! [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
---
29-11-2023, 13:30
Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Masallı Dövlət Regional Kollecinin drektoru Vidadi Nəzərov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Masallı Dövlət Regional Kollecinin drektoru Vidadi Nəzərov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
Vidadi Nəzərov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
Masallı Dövlət Regional Kollecinin drektoru Vidadi Nəzərov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Vidadi Nəzərovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Vidadi Nəzərov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Masallı Dövlət Regional Kollecinin drektoru Vidadi Nəzərova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Masallı Dövlət Regional Kollecinin tələbələri ilə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayon üzrə sektorunun təşkilatçılığı və Masallı Gənclər Evi SXM-də “Avropa İİV-ə testləşmə həftəsi” və “1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü” ilə bağlı müayinə və maarifləndirici tədbir keçirildi. Tədbirin keçirilməsində məqsəd insanın İmmunçatışmazlığı Virusunun (İİV) yayılmasının qarşısının alınması, əhalinin İİV/QİÇS barədə biliklərinin artırılması, sağlam və təhlükəsiz həyat tərzinin təbliği məqsədini daşıyır. Bununla əlaqədar vətəndaşlar ödənişsiz və anonim qaydada, İİV-ə ekspress-testdən keçib, öz statusu barədə məlumat, İİV-ə yoluxma yolları, ona qarşı profilaktik tədbirlər barədə ətraflı məlumat əldə ediblər.