zamanlabirge.az
zamanlabirge.az

Bəhram Bağırzadənin səhhəti ilə bağlı MƏLUMAT

3-07-2020, 12:35 21 dəfə baxılıb

Bəhram Bağırzadənin səhhəti ilə bağlı MƏLUMAT "Bəhram Bağırzadənin səhhətində dünəndən bu günə ciddi dəyişiklik yoxdur".
Bunu Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev bildirib: "Onun səhhətində müsbət dinamika davam edir".
Qeyd edək ki, əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb.
Xəstənin EKMO cihazına qoşulmasına qərar verilib.
EKMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.
İyulun 1-də B. Bağırzadə EKMO cihazından ayrılıb.
Bəhram Bağırzadənin müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA