zamanlabirge.az
zamanlabirge.az

Rusiyada beynəlxalq kinofestivala start verilir

16-07-2020, 15:52

Rusiyada beynəlxalq kinofestivala start verilir Rusiyada daha bir ənənəvi kinofestivala film qəbulu yeni elan olunub.
“Rusiya” sənədli filmlər festivalı noyabrın 23-dən 28-dək Yekaterinburq şəhərində keçiriləcək.
Qeyd edək ki, xarici filmlər üçün də açıq olan sənədli filmlər festivalı Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 1988-ci ildən etibarən təşkil olunur. Seçim komitəsinə hər il Rusiyadan və xaricdən 300-dən çox film təqdim edilir. Festival proqramına müxtəlif formatlı sənədli filmlərlə yanaşı, elmi-kütləvi və sənədli televiziya filmləri də qəbul olunur. İştirak üçün ərizələr sentyabrın 10-dək qəbul edilir. Festivalda iştirak etmək istəyən azərbaycanlı rejissorlar da http://www.rossia-doc.ru/ saytı vasitəsilə müraciət edə bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA