zamanlabirge.az
zamanlabirge.az

Tacikistan portalı Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar yazı dərc edib

5-08-2020, 11:45

Tacikistan portalı Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar yazı dərc edib Tacikistanın millat.tj portalında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü haqqında geniş yazı yer alıb.
Tacik dilində çap olunan yazıda Azərbaycan dilinin formalaşması, xalqın etnogenezi haqqında ətraflı məlumat verilir.
Yazıda bildirilir ki, ilk dəfə Azərbaycan dili dövlət dili səviyyəsinə Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətai tərəfindən qaldırılıb. Həm də şair olan Şah İsmayıl Xətai fars dili ilə yanaşı türk (Azərbaycan) dilində də şeirlər yazıb. Böyük Azərbaycan şairləri Məhəmməd Füzuli və İmadəddin Nəsimi də bu dildə böyük əsərlər yaradıb.
Məqalədə vurğulanır ki, cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyətinin dövlət dili də Azərbaycan dili olub.
Sovet dövründə Azərbaycan dilinin heç bir statusu olmayıb. Ancaq 1956-cı il avqustun 21-də ölkədə dövlət dilinin Azərbaycan dili olması haqqında Qanun qəbul edilib.
Bildirilir ki, hələ keçmiş SSRİ dövründə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə dilimizin qorunması və saxlanması istiqamətində böyük işlər görülüb.
Vurğulanır ki, müstəqillik illərində Azərbaycan dili yenidən Dövlət dili elan edilib. 2001-ci il avqustun 1-də isə Azərbaycanda yenidən latın qrafikasına keçilib və bu işdə ulu öndər Heydər Əliyevin böyük rolu olub. O vaxtdan avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA