zamanlabirge.az
zamanlabirge.az

Xalq artisti Zemfira Nərimanova qonşusunu məhkəməyə verib.

18-09-2020, 09:55

Xalq artisti Zemfira Nərimanova qonşusunu məhkəməyə verib. Xalq artisti Zemfira Nərimanova qonşusunu məhkəməyə verib.
Aktrisanın yaşadığı tarixi binada binanın konstruksiyasına zərər vura biləcək tikinti işləri aparılır. Binanın əsas divarlarının və kommunikasiya xətlərinin zədələnə biləcəyini görən aktrisa məcbur olub Səbael rayon məhkəməsinə müraciət edib. Məhkəmədə onu vəkil Aynur Abdullayeva təmsil edir.
Bu barədə Z.Nərimanovadan münasibət öyrənməyə çalışdıq. Xəbəri təsdiq edən Xalq artisti hazırda iş məhkəmədə olduğu üçün ətraflı məlumat vermək istəmədiyini bildirdi.
Eyni zamanda, Zemfira xanım bu məhkəmə ilə bağlı yaxın günlərdə mətbuata geniş açıqlama verəcəyini qeyd etdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA