zamanlabirge.az
zamanlabirge.az

Türkiyədə Makedoniyalı İskəndərin hərbi qarnizonunun qalıqları aşkarlandı

9-10-2020, 11:43

Türkiyədə Makedoniyalı İskəndərin hərbi qarnizonunun qalıqları aşkarlandı Türkiyənin Antalya əyalətinin Kaş rayonu ərazisində bir zamanlar mövcud olmuş qədim Patara şəhərində aparılan arxeoloji qazıntıların gedişatında tədqiqatçılar 2400 il yaşı olan mətbəxi və bir neçə artefaktı aşkarlayıblar.
Bu barədə "Daily Sabah” bildirib.
Dosent və arxeoloqlar qrupu sədrinin müavini Ərkan Dündarın sözlərinə görə, xarabalıqlar və aşkarlanmış əşyalar həmin dövrün insanlarının gündəlik həyatı haqqında daha yaxşı məlumat toplamağa kömək edib. Burada qədim yaşayış məskəni ilə birlikdə vaxtı ilə Makedoniyalı İskəndərin hərbi qarnizonunun xarabalıqları da aşkarlanıb.
Böyük sərkərdə və Makedoniya rəhbəri bu regionda olub.
"O, ərazini tutduqdan sonra bir çox başqa yerlərdə olduğu kimi, burada da qarnizon yaradıb. Qarnizonda xidmət edən əsgərlər öz ailələrini bura gətiriblər.
Nəticədə ərazidə hərbi şəhərcik kimi yaşayış məntəqəsi olub", - Dündar deyib.
O, vurğulayıb ki, qazıntıların gedişatında alimlər yalnız silah yox, həm də məişətdə istifadə edilən predmetləri aşkarlayıblar. Beləcə, arxeoloqlar ən əhəmiyyətli tapıntını mətbəx adlandırıblar.
Burada mətbəxdən başqa həm də güzgünün, bəzək və digər əşyaların olduğu qadın otağı da aşkarlanıb.
"Biz görürük ki, qadınlar gözəl olmaq üçün tarix boyu həmişə özlərinə qulluq ediblər”, - Ərkan Dündar əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA