zamanlabirge.az
zamanlabirge.az

Dini icma sədri: Keşikçidağ qədimdən alban kilsəsi olub

15-10-2020, 10:08

Dini icma sədri: Keşikçidağ qədimdən alban kilsəsi olub Əgər tarixçilər ekosistem anlayışında Keşikçidağ məbədini araşdırsalar görərlər ki, qədimdən bu, alban kilsəsi olub.
Bunu Azərbaycanın Alban-Udi Xristian Dini icmasının sədri Robert Mobil AMEA saytına müsahibəsində deyib.
Onun sözlərinə görə, bu istiqamətdə araşdırma aparmaq üçün də memar, dini rəhbər, petroqlif və digər mütəxəssislərlə birgə çalışmalıyıq.
R.Mobil qeyd edib ki, Keşikçidağ məbədinə elmi-innovativ yanaşılmalıdır. Buraya dini rəhbər, tarixçi, coğrafiyaçı və geoloq cəlb olunmalıdır:
"Olduqca qapalı bir yer olan Keşikçidağ məbədi sərhəd zolağı boyunca yerləşir, fərqli ekosistemə malikdir. Azərbaycana məxsus olan məbəddə sonralar gürcülər Provaslav kilsəsinə uyğun elementlərlə bu kilsəni dəyişdirmişlər. Bu kilsələrin tarixi süryanilərlə bağlıdır. Qeyd etdiyimiz kilsə xristian dini rəhbərlərinin dini yaymaq məqsədilə tikdirdiyi kilsələrdəndir. Mən həm də bir geoloq kimi o vaxt daşın xüsusiyyətlərindən, daşın hansı yataqdan gəlməsindən danışaraq bu məbədin qədimdən hara aid olması barədə öz fikirlərimi əsaslandırmışdım. Biz gürcülərlə birgə layihələrdə iştirak edib ekoloji və geoloji mühitə əsas diqqətimizi ayırmalıyıq".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA