zamanlabirge.az
zamanlabirge.az

Kosmosda çəkiləcək filmin baş rolunda qadın çəkiləcək

4-11-2020, 10:10

Kosmosda çəkiləcək filmin baş rolunda qadın çəkiləcək İlk dəfə kosmosda çəkiləcək bədii filmdə baş rolu qadın aktrisa canlandıracaq.
Bu barədə Rusiyanın “Birinci kanal”ı məlumat yayıb.
Məlumatda bildirilib ki, filmin prodüserləri süjetin maraqlı olması üçün belə qənaətə gəliblər. Filmin yaradıcıları əvvəlcə iki ssenari hazırlayaraq kişi və qadınlar arasında müsabiqə keçirməyi nəzərdə tutmuşdular. Lakin onlar yekunda filmdə qadının baş rolda çəkilməsinə üstünlük veriblər.
“Çağırış” adlı kosmik dram “Roskosmos”, “Birinci kanal” və “Yellow, Black and White” studiyasının birgə layihəsidir. Çəkilişlər 2021-ci ilin payızında Beynəlxalq Kosmik Stansiyasında aparılacaq.
Yaxın vaxtlarda “Birinci kanal” baş rolda çıxış edəcək aktrisanı və onun dublyorunu seçmək üçün qadınlar arasında müsabiqə elan edəcək. Müsabiqənin qalibi əvvəlcə “Roskosmos” uçuş komissiyasından, sonra isə kosmonavtlar məktəbində təlimdən keçməli olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA