Ceyran Qəhrəmanova: Güclü dövlət, güclü ordu strategiyası [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
Cəmiyyət
8-11-2023, 10:04
Füzuli Müalicə Diaqnostika Mərkəzininin baş həkimi Ceyran Qəhrəmanova qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Ceyran Qəhrəmanovanın diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Ceyran Qəhrəmanova səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Füzuli Müalicə Diaqnostika Mərkəzininin baş həkimi Ceyran Qəhrəmanovaya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Füzuli Müalicə Diaqnostika Mərkəzininin baş həkimi Ceyran Qəhrəmanova - Vətən müharibəsinin 44-cü günündə texnikası və canlı qüvvəsi məhv edilmiş Ermənistan qətiyyətli qələbə qazanmış Azərbaycanın qarşısında kapitulyasiya aktını imzalayaraq təslim oldu. 10 noyabr 2020-ci il tarixində Üçtərəfli Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi sonlandı.
Qazanılan Böyük Qələbə həm də Azərbaycan xalqının birliyinin və siyasi həmrəyliyinin təzahürü idi. Beynəlxalq ictimaiyyət Azərbaycan xalqının timsalında həmrəylik olan yerdə fərqli millətlərin, dini konfessiyaların nümayəndələrinin bir yumruq tək birləşərək dövlətin ərazi bütövlüyü uğrunda düşmənə qarşı cəsarətli mübarizə aparmaq əzminə şahid oldu.
Bu gün gerçək reallıq ondan ibarətdir ki, “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı işğal və separatçılıq səhifəsi süquta uğrayaraq bağlanıb. Dövlətimizin suverenliyi bütün ölkə üzrə tam bərpa olunub.
Üçtərəfli Bəyanat imzalanan gün hər bir vətəndaş dəmir yumruqlu, müzəffər Ali Baş Komandanın xalqa müraciətini böyük sevinc və qürur hissi ilə izləyərkən tam əmin idi ki, münaqişənin hərbi mərhələsi cəmi 44 gün çəkdiyi qədər, siyasi tərəfi də bir o qədər yaxın zaman çərçivəsində bitəcək. Belə də oldu, cəmi 3 ildən sonra Azərbaycan ərazisində separatizmin izi-tozu belə qalmadı.
Torpaqlarımızın işğaldan azad olunması Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası əsasında mümkün olmuşdur. Dövlətimiz həm hərbi, həm də diplomatik müstəvidə milli maraqlarımızı tam şəkildə təmin etmişdir. İşğalla barışmazlıq, məğlubiyyətə qapılmamaq, öz amalı uğrunda mübarizə aparmaq kimi müdrik iradə sahibi olmaq məhz bu idi Azərbaycan xalqını müasir dövrdə digər oxşar talelərlə üzləşmiş xalqlardan ayıran cəhət. Prezident İlham Əliyevin dönməz və qətiyyətli sərkərdəliyi 30 il işğalçılıq siyasəti davam etdirən Ermənistanı işğalı dayandırmasına vadar etdi və “Böyük Ermənistan” adlı hülya geridönməz iflasa uğradı.