zamanlabirge.az
zamanlabirge.az

“Qarabağ inciləricinin Avropa sədası” adlı dəb sərgisi baş tutub - FOTO

15-11-2022, 11:02

“Qarabağ inciləricinin Avropa sədası” adlı dəb sərgisi baş tutub - FOTO Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli 3096 nömrəli Sərəncamı ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr etdiyi xüsusi müsabiqənin qalibi olan Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) İctimai Birliyi tərəfindən icra olunan "Qarabağ incilərinin Avropa sədası” layihəsi çərçivəsində 4 noyabr 2022-ci il Fransanın paytaxtı Paris şəhərində “Qarabağ inciləricinin Avropa sədası” adlı dəb sərgisi baş tutub.
Sərgidə ənənəvi xalq geyimlərinin, Qarabağ əhalisinin milli-mənəvi və maddi dəyərləri, geniş mənada türk etnik-mədəni mühitinin milli müəyyənlik göstəricisi olmasını təcəssüm etdirən Qarabağ kolleksiyasına aid 15 geyim hazırlanıb və hər geyim Qarabağın bir guşəsinin – Şuşa, Xankəndi, Kəlbəcər, Xocalı, Ağdam, Ağdərə, Cəbrayıl, Laçın, Füzuli, Xocavənd, Zəngilan, Qubadlının özəl geyim ünsürlərini özündə yaşadıb. Hər bir geyimə uyğun çarıq, kəmər, sırğa və s. aksesuarlar da nümayiş olunub.
Sərgiyə tamaşa etmək məqsədilə Azərbaycandan Fransaya səfər edən nümayəndə heyəti,Fransanın Paris və digər şəhərlərində yaşayan dövlət adamları, ictimai xadimlər, jurnalistlər dəb sərgisində iştirak edib.
İştirakçılara dəb sərgisi çərçivəsində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağda xalqımızın yaratdığı zəngin mədəniyyət, mədəni irs təqdim edilib, milli geyimlərin hər bir xalqın qədim tarixini, zəngin mədəniyyətinin göstəricisi olduğu vurğulanıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Fransadakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri və müvəqqəti işlər vəkili Nigar Huseynova bugünkü tədbirin hər bir azərbaycanlı üçün çox vacib olan mövzuya həsr olunduğunu bildirib. O bu ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Şuşa ili elan olunduğunu qeyd edib.
Nigar Hüseynova Şuşa şəhərinin tarixi, bu torpaqda doğulan dahi tarixi şəxsiyyətlər haqqında qonaqlara məlumat verib. O Qarabağın 28 il qanunsuz işğal altında olduğunu, azad olunduqdan sonra bu bölgədə, habelə Şuşada geniş yenidənqurma işlərinin başlandığını və şəhərin tarixinin özünə qaytarılması üçün önəmli tədbirlərin həyata keçirildiyini bildirib.
Fransada Azərbaycanın Dostları Assosiasiyasının (ADA) prezidenti, Fransa Parlamentinin sabiq üzvü Jerom Lamber Qarabağ bölgəsinin Azərbaycan xalqı üçün dəyərli olduğunu vurğulayıb. O, bölgədə ədalət və beynəlxalq hüquq əsasında qurulan daimi sülhün bərqərar olmasının bu gün ən vacib və təxirəsalınmaz məsələ olduğunu xüsusi vurğulayıb.
Azərbaycanın həqiqətlərinin Fransa ictimaiyyətinə çatdırılması üçün Azərbaycanın Fransadakı Dostları Assosiasiyasının səylərini davam etdirəcəyini söyləyib.
Tədbirdə çıxış edən Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə heyətinin sədri Səkinə Babayeva Qarabağ kolleksiyası haqqında məlumat verib. Kolleksiyaya aid 15 geyimin hər birinin Qarabağın bir guşəsinin - Şuşa, Xankəndi, Kəlbəcər, Xocalı, Ağdam, Ağdərə, Cəbrayıl, Laçın, Füzuli, Xocavənd, Zəngilan, Qubadlının özəl geyim ünsürlərini özündə əks etdirdiyini söyləyib.
Tədbirin tərəfdaşı “Paşa Sığorta” şirkətinin nümayəndəsi Ülviyyə Cabbarova şirkət haqqında məlumat verərək, təqdim olunan kolleksiyanın Azərbaycanın zəngin mədəniyyətindən, tarixindən xəbər verdiyini və qədim incəsənətimizin zənginliyini əks etdirdiyini deyib.
Tədbirin sonunda film nümayişi, bədii proqram və ziyafət təşkil olunmuşdur.
"Şuşa ili" çərçivəsində "Qarabağ İncilərinin Avropa Sədası" layihəsinin təşkilatçılıq və maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə,Fransada Azərbaycanın Dostları Assosiasiyasına, Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyinə, “PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyətinə, Bakı Tekstil Fabriki MMC və K.Fabuel Moda Evinə nüma təşəkkür edilib.
“Qarabağ inciləricinin Avropa sədası” adlı dəb sərgisi baş tutub - FOTO“Qarabağ inciləricinin Avropa sədası” adlı dəb sərgisi baş tutub - FOTO“Qarabağ inciləricinin Avropa sədası” adlı dəb sərgisi baş tutub - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA