zamanlabirge.az
zamanlabirge.az

Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi orkestrinin 30 illik yubileyinə həsr olunmuş konsert keçirilib

28-12-2022, 11:11

Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi orkestrinin 30 illik yubileyinə həsr olunmuş konsert keçirilib Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi orkestrinin 30 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
Musiqili gecənin əvvəlində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Baş Müəllimi Günel Zeynallı çıxış edib.
Orkestrin bədii rəhbəri və baş dirijoru Azərbaycan Respublikasının Xalq artisti, professor, general-mayor Yusif Axundzadə, orkestrin rəisi, Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, dosent, polkovnik Rüfət Axundzadə,baş leytenant Elnur Qurbanovun rəhbərliyi ilə solistlər Azərbaycan Respublikasının Əməkdar artisti Xəyyam Mustafazadə, Aynur İsgəndərli, Kənan Qədimov, Züleyxa Usubova, Elman Mustafayev, Anar Hüseynov, Namiq Qurbanov, Sərxan Fətəliyev öz ifalarını dinləyicilərə təqdim ediblər.
Proqramda Üzeyir Hacıbəyli – “Çırpınırdı Qara dəniz”, James Last – “Tənha çoban”, John Williams – “İmperial marş”,“Anamız Azərbaycan” (sözləri və musiqisi Fərhad Bədəlbəylinindir), Eric Whitacre – “The Seal Lullaby”,Müslüm Maqomayev – “Odlar yurdu”, Rafael Hernandes – “El Cumbanchero”, Elza İbrahimova – “Ey Vətən”, Üzeyir Hacıbəyli – “Koroğlu” operasından Rəqs, Zeqinya Abreu – “Tico-tico”, Müslüm Maqomayev – “Azərbaycan”, Rüfət Axundzadə “Qələbə” marşı səslənib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA