zamanlabirge.az
zamanlabirge.az

Filarmoniyanın yanvar ayında keçirilmiş abonement konsertləri

31-01-2023, 11:17

Filarmoniyanın yanvar ayında keçirilmiş abonement konsertləri 2022-ci ilin noyabr ayından etibarən, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Filarmoniya tərəfindən təşkil olunan abonement konsertlər yanvar ayında da davam etdirilib.
Abonement konsertlər 2023-cü ilin yanvar ayında hər həftənin şənbə günləri saat 15:00-da M.Maqomayev adına Azəbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında keçirilib.
7 yanvar Kamera və Orqan Musiqisi Zalının səhnəsində Azərbaycan Dövlət Fortepiano Triosunun “Barokko” musiqisi adlı konserti keçirilib.
14 yanvar F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor qrupu “Mahnı çələngi” adlı konserti ilə dinləyicilərin qarşısına çıxıb.
Yanvarın 21-də Azərbaycan Dövlət Simli Kvartetinin Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət konserti keçirilib. Solist Azərbaycan Respublikasının Əməkdar artisti Nərgiz Kərimova (soprano) tamaşaçıların qarşında çıxış edib.
Yanvar ayının 28-də son abonement konsertində “Cadenza” orkestri məktəblilər üçün maraqlı proqram hazırlayıb, onlara maarifləndirici məlumatlar verib.
Qeyd edək ki, Konsertlərdə iştirak etmək istəyənlər biletləri şəhərimizin kassalarından və iticket.az saytından əldə edə bilərlər. Bir dəfə alınan abonement bileti ay ərzində təşkil olunan konsertlər üçün keçərlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA