zamanlabirge.az
zamanlabirge.az

Opera və Balet Teatrında "O olmasın, bu olsun" tamaşası nümayiş olunacaq

27-11-2019, 11:13

Opera və Balet Teatrında "O olmasın, bu olsun" tamaşası nümayiş olunacaq Dekabrın 4-də Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" tamaşası nümayiş olunacaq.
Teatrdan verilən məlumata görə, Üz.Hacıbəylinin yaradıcılığına məxsus ən populyar əsərlərdən biri olan "O olmasın, bu olsun" musiqili komediyası 1910-cu ildə qələmə alınmışdır. Tamaşanın premyerası 25 aprel 1911-ci ildə məhz Opera və Balet Teatrının binasında baş tutmuşdur. 2006-cı ildə Opera və Balet Teatrının rəhbərliyi yenidən bu ölməz əsərə müraciət etmiş, onu yeni quruluşda səhnəyə qoymuş və repertuara daxil etmişdir.
Əməkdar incəsənət xadimi Hafiz Quliyevin rejissoru olduğu tamaşada əsas rollarda Teatrın bir çox aparıcı solistləri - Xalq artistləri Azər Zeynalov (Məşədi İbad) və Əkrəm Poladov (Rüstəm bəy), Əməkdar artistlər İnarə Babayeva (Gülnaz), Fərid Əliyev (Sərvər), Gülüstan Əliyeva (Sənəm), Cahangir Qurbanov (Qocu Əsgər), Ələkbər Əliyev (Həsənqulu bəy), Tural Ağasıyev (Rza bəy), solistlər Fəhmin Əhmədli (Həsən bəy), Ağaxan Şərifov (Hambal) və başqaları çıxış edirlər.
Tamaşanı Əməkdar incəsənət xadimi Sevil Hacıyeva idarə edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA