zamanlabirge.az
zamanlabirge.az

“AZADLIQ AŞİQLƏRİ GÜNÜ - 20 YANVAR” Respublika uşaq rəsm müsabiqəsinin ilk seçimi başa çatmışdır.

14-01-2020, 22:05

“AZADLIQ AŞİQLƏRİ GÜNÜ - 20 YANVAR” Respublika uşaq rəsm müsabiqəsinin ilk seçimi başa çatmışdır. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə azadlıq mübarizəmizin parlaq səhifələrindən olan 1990-cı il 20 Yanvar hadisələri zamanı xalqımızın nümayiş etdirdiyi əzmi və fədakarlıği bir daha unutdurmamaq məqsədi ilə elan olunmuş “AZADLIQ AŞİQLƏRİ GÜNÜ - 20 YANVAR” Respublika uşaq rəsm müsabiqəsinin ilk seçimi başa çatmışdır.
Müsabiqəyə respublikamızın müxtəlif güşələrindən 400-ə yaxın uşaq, 600-ə qədər əsəri ilə vertual qaydada qatılmışdır. Tədbirə 210 uşağın hər birindən bir əsər olmaqla sərgilənmək üçün dəvət olunmuşdur.
Müsabiqədə Lənkəran Şəhər Uşaq Rəssamlıq Məktəbi, H.Abbasov adına Maştağa Mədəniyyət Mərkəzi, Şamaxı ş. İncəsənət Təhsili Mərkəzi Ressamlıq şöbəsi, 4 nömrəli UİM, 2 nömrəli UGİM, Buzovna Abşeron Art Studiya, Ümman qadın və uşaq klubu, Qazax Dövlət Rəsm Qalereyası, Qax Rayon Uşaq İncəsənət Məktəbi və s. rəssamlıq dərnəkləri fəallıq göstərmişlər.
Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq
Nəzərinizə çatdırırıq ki, iştirakçılar www.xsm.az saytında tədbirlər bölümündəki “Azadlıq aşiqləri günü -20 Yanvar” afişasına toxunmaqla və ya https://xsm.az/site/azadliqasiqlerigunu-20yanvar/ linkinə daxil olmaqla müsabiqəyə qatılmışlar.
Sərgi 17 yanvar 2020-ci il saat 16:00-da Xətai Sənət Mərkəzində açılacaqdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA