zamanlabirge.az
zamanlabirge.az

COVID-19-dan daha təhlükəli virus ABŞ-da qorxu yaratdı

3-07-2020, 12:42 14 dəfə baxılıb

COVID-19-dan daha təhlükəli virus ABŞ-da qorxu yaratdı ABŞ-da yayılan ölümcül "dovşan hemorragik virusu 2” (RHDV2) artıq minlərlə heyvanın ölümü ilə nəticələnib.
Bu barədə "Bisiness Insider” xəbər yayıb.
Bəzi baytarlar bu xəstəliyi "dovşan Ebolası” adlandırırlar. Çünki virus heyvanların orqan və toxumalarına ziyan vurur, bu da daxili qanaxmaya və ölümə səbəb olur. Mütəxəssislərin sözlərinə görə, heyvanların yoluxduğu barədə yeganə xarici əlamət ölümdən əvvəl burundan qanaxmadır.
Qeyd edək ki, aprel ayından bəri ABŞ Kənd Təsərrüfatı İdarəsi Arizona, Kaliforniya, Kolorado, Nevada, Yuta, Texas və Nyu-Meksikoda RHDV2-yə yoluxma hallarını təsdiqləyib.
Virus qan, nəcis və sidiklə yayılır. Baytarların fikrincə, təhlükə dərəcəsinə görə, bu, yeni növ koronavirusu üstələyir, çünki yoluxmuş heyvanların 90 faizi ölür.
Ancaq RHDV2-nin insanlar, pişiklər və itlər üçün zərərli olmadığı iddia edilir.
Bununla belə, virus səthlərdə və geyimlərdə 3,5 ay yaşaya bilir.
Hələlik ona qarşı peyvənd yoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA