zamanlabirge.az
zamanlabirge.az

Koronavirusdan sağalanların sayı durmadan artır: 9 milyonu ötdü

25-07-2020, 15:50

Koronavirusdan sağalanların sayı durmadan artır: 9 milyonu ötdü Dünyada yeni növ koronavirusdan (COVID-19) müalicə olunan insanların sayı 9 milyonu keçib.
APA-nın RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə federal və yerli hakimiyyət orqanlarının, eləcə də media və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Johns Hopkins Universitetinin məlumatında deyilir.
Universitetdən verilən məlumata görə, dünyada COVID-19 virusundan sağalanların sayı 9 043 203-ə çatıb, ölənlərin sayı isə 639 652 nəfər təşkil edib, ümumilikdə, dünya üzrə sözügedən virusa 15 736 499 nəfər yoluxub.
Xatırladaq ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 infeksiyasının pandemiya olduğunu elan edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA