zamanlabirge.az
zamanlabirge.az

İki həftə ərzində peyvənd təsdiqlənəcək - Dünyada ilk olacaq

30-07-2020, 10:46 5 dəfə baxılıb

İki həftə ərzində peyvənd təsdiqlənəcək - Dünyada ilk olacaq Rusiya Müdafiə Nazirliyinin Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqatları Mərkəzi ilə birlikdə hazırladığı COVID-19 peyvəndi iki həftə içində təsdiqlənəcək.
Bu iddia ABŞ-ın CNN telekanalında səsləndirilib.
Xəbərə görə, Rusiya bu təqdirdə dünyada COVID-19 peyvəndini təsdiq edən ilk ölkə olacaq. Əlavə olunub ki, ruslar peyvəndin 10 avqustdan tez hazır olması üçün sürətli şəkildə çalışır. Peyvənd etibarlı və effektiv olarsa, ilk olaraq səhiyyə işçilərinə tətbiq ediləcək.
Rusiya Milli Sərvətlər Fondunun rəhbəri Kirill Dmitriyev 1957-ci ildə Sovet Sosialist Respublikaları İttifaqının dünyanın orbitinə ilk peyki yerləşdirən ölkə olmasını xatırladaraq "bu, bir Sputnik anı” sözlərini deyib: "Amerikalılar Sputnikin siqnallarını eşidəndə təəccübləndi. Peyvənddə də eynisi olacaq. Rusiya bunu bacaran ilk ölkə olacaq. Amma elm adamlarımız birinci olmaq üçün deyil, insanları qorumaq üçün çalışır”.
CNN Rusiyanın layihə ilə bağlı heç bir informasiya paylaşmadığına diqqət çəkərək peyvəndin nə qədər etibarlı və effektiv olduğunun bilinmədiyini vurğulayıb.
Bəzi müşahidəçilər Rusiya elm adamlarının peyvənd üzərində işlərdə ölkənin qlobal elmi qüvvə imicini yaratmaq istəyən Kremlin siyasi təzyiqi altında olduğunu iddia edir.
CNN-in xəbərinə görə, elm adamları peyvəndin sınaqlarını 3 avqusta qədər tamamlayacaq, üçüncü mərhələdə səhiyyə işçilərini peyvəndləyəcək.
Rusiya mütəxəssisləri isə başqa xəstəliklər üçün hazırlanan peyvəndlərin modifikasiya edilmiş forması olduğu üçün bu peyvəndin böyük zaman tələb etmədiyini söyləyir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA