zamanlabirge.az
zamanlabirge.az

Evdə müalicə alan koronavirus xəstələrinə necə nəzarət olunacaq? - RƏSMİ

4-08-2020, 16:11

Evdə müalicə alan koronavirus xəstələrinə necə nəzarət olunacaq? - RƏSMİ Nazirlər Kabineti yayında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən SMS icazə sistemi ləğv edildi. Evdə qalan xəstələrə nəzarət məhz bu sistem vasitəsilə həyata keçirilirdi. Maraqlıdır, növbəti mərhələdə bu xəstələrin müalicəsi necə baş tutacaq?
Səhiyyə Nazirliyindən bildirilib ki, evdə müalicə alan xəstələrin müşahidəsi sahə həkimləri tərəfindən həyata keçirilir. Əvvəlki qaydada sahə həkimləri gündəlik olaraq zəng vasitəsi ilə xəstələrin müşahidəsini aparır:
"Eyni zamanda SMS icazə xidməti ləğv olunduqdan sonra koronavirus xəstələrinə hüquq-mühafizə orqanlarının, Bakı Şəhər İcra Hakimiyyətinin, mənzil-istismar sahələri işçilərinin, eləcə də digər qurumların iştirakı ilə nəzarət edilməsi nəzərdə tutulub.
Bundan başqa, SMS icazə xidməti ləğv olunduqdan sonra, E-TƏBİB mobil tətbiqində yeniliklər olacaq ki, bu barədə Tibb Ərazi Bölmələrinin İdarəetmə Birliyi tərəfindən bir müddət sonra rəsmi məlumat veriləcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA