zamanlabirge.az
zamanlabirge.az

Professordan SENSASİON açıqlama: “Vaksinlərin yaradılmasına milyardlarlar xərclənir”

5-08-2020, 11:06

Professordan SENSASİON açıqlama: “Vaksinlərin yaradılmasına milyardlarlar xərclənir” Rusiya COVID-19-a qarşı dərman və peyvənd yarışında liderliyi ələ alır. Rusiya Səhiyyə naziri Mixail Muraşkonun sözlərinə görə, Rusiyada 17 peyvəndlə bağlı elmi araşdırmalar aparılır. Bu yaxınlarda məlum oldu ki, Rusiya Elmlər Akademiyasının Sibir filialının Molekulyar və Hüceyrə Biologiyası İnstitutunun İmmunogenetik laboratoriyasının işçiləri Rusiya Federasiyasında ilk dəfə olaraq koronavirusu zərərsizləşdirə bilən antikor əldə edə bilib.
Rusiya Elmlər Akademiyasının Sibir filialında yeni infeksiyanın aradan qaldırılması üzrə işçi qrupunun icraçı katibi Olqa Doroxovanın sözlərinə görə, antikorlar əldə etmək üçün elm adamları artıq koronavirus keçirmiş xəstələrin qan nümunələrindən istifadə edib. Bu antikorlar virusun hədəf hüceyrələrə daxil olmasının qarşısını almağa qadirdir. Tədqiqatın sonrakı nəticələrində terapiyanın inkişafı və infeksiyanın qarşısının alınmasında nə qədər təsirli olacağı müəyyənləşdiriləcək.
Seçenov Universiteti də dünyanın ilk COVID-19 əleyhinə peyvəndinin könüllülər üzərində birinci mərhələsinin uğurla başa çatdığı deyir. Universitetin Tibb və Biotexnologiya İnstitutunun direktoru Vadim Tarasov bildirib ki, sınaqlarda iştitak edən könüllülər ümumilikdə özlərini yaxşı hiss edir.
Rusiya Milli Elmi Tədqiqat Epidemiologiya ilə N.F. Qameleya adına Mikrobiologiya Mərkəzi birlikdə klinik sınaqların son mərhələsinə başladıqlarını, eləcə də koronavirusa qarşı peyvənd vurulan könüllülərin immunitet inkişaf etdirdiklərini elan edib.
Digər ölkələr də boş oturmur. İyulun 15-də "New England Journal of Medicine” tibb jurnalı Amerikanın biotexnika şirkəti "Moderna”nın COVID-19 koronavirus peyvəndinin klinik sınaqlarının birinci mərhələsini başa vurduğunu yaymışdı. 18 yaşdan 55 yaşa qədər 45 sağlam insan iştirak etdiyi sınaqlarda yorğunluq, titrəmələr, baş ağrısı və inyeksiya yerində ağrılar peyvəndin əsas əks təsirlərini kimi qeydə alınıb. Əks təsirlərin əksəriyyəti ikinci peyvənddən sonra müşahidə edilib. Hər halda alimlərin fikrincə, sonrakı sınaqlara mane olan amillər yoxdur. Odur ki, ABŞ alimlərinin də bu məsələdə dayanmaq niyyətləri olmadığını əminliklə deyə bilərik.
Гонка вакцин от COVID-19 как гонка вооружений
Koronavirusa qarşı ilk Çin peyvəndinin effektivliyi də sübut olunub. Mayın 22-də Amerikanı "The Lancet” jurnalında çıxan məqalədə qeyd edilib ki, peyvənd Pekin Biotexnologiya İnstitutu və CanSino Biologiya İnstitutu (Tianjin) tərəfindən hazırlanıb. Mütəxəssislər peyvəndin çox perspektivli olduğunu düşünürlər.
Türkiyəli professor Ərcümənt Ovalı 2 milyon ədəd COVID-19 peyvəndi istehsal etdiklərini və oktyabrın sonunda kliniki testlərə başlayacaqlarını açıqlayıb. İHA-ya açıqlama verən professor bildirib ki, gələn il fevralın sonunda peyvənd üzərində işlər yekunlaşacaq.
"Testlər davam edir. Türkiyədə reallaşdırılan heyvanlar üzərindəki testlər uğurla tamamlanıb. Son mərhələ testlər üçün ABŞ-dan 22 iyunda sınaq heyvanları gələcəkdi, amma gecikmə yaşandı. Onlar 10 avqustda gələcək. Koronavirusa ilk yoluxan geni dəyişdirilmiş siçanlar göndəriləcək. 1 ay üzərlərində sınaq aparacağıq. Kliniki sınaqlar isə oktyabrda başlayacaq”, - Ə.Ovalı vurğulayıb.
Dünyanın qlobal bəlasına çevrilən yeni növ koronavirusa qarşı peyvəndlərin tapılmasında İngiltərə, Fransa, Türkiyə, Almaniya və İsrail alimləri də öz axtarış və elmi araşdırmalarını aparmağa davam edir. Ümumilikdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hazırda dünyada 141 koronavirus peyvəndi hazırlanır.
Bir tərəfdən təsirli peyvənd lazımlı görünür. Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesusun sözlərinə görə, peyvənd tapılmazsa, COVID-19 koronavirusunun yayılmasını dayandırmaq mümkün deyil. Koronavirusa qalib gələn ölkələrdə vəziyyətin yenidən pisləşməsi bunu bir daha sübut edir. İsrail yenidən fövqəladə vəziyyət elan etmiş, Cənubi Koreyada aprel göstəriciləri müşahidə olunmağa başlamış, Serbiya isə təcili rejim tətbiq etmək məcburiyyətində qalmışdı. Hindistan və ABŞ isə rekord yoluxma sayına görə siyahıda ilk yerləri tutmağa davam edir.
Lakin digər tərəfdən istisna olunmur ki, peyvəndlər tam hazır olduqdan sonra əhalinin çox az hissəsi onu vurdurmağa risk edəcək. Buna misal olaraq 2009-cu ildə "donuz qripi” olaraq bilinən H1N1 qripinə qarşı hazırlanmış, lakin əhalinin böyük hissəsinin onu vurdurmaqdan imtina etməsini misal çəkmək olar. Alman hakimiyyəti tərəfindən 50 milyona qədər insanın iştirak edəcəyi güman edilən böyük miqdarda peyvənd alınsa da, proqnozlar özünü doğrultmadı. 7,4 milyon doza peyvəndindən 6,4 milyonu istifadə edilməmiş qaldı.
Şeçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Hematologiya və Geriatriya şöbəsinin müdiri, professor Pavel Vorobyovsa hesab edir ki, peyvəndlərin hazırlanması pul itkisindən savayı heç nədir. Professorun sözlərinə görə, dünyada qrip kimi respirator virus infeksiyalarına qarşı effektiv peyvəndlər yoxdur.
Publika.az tanınmış professorun Rusiya mətbuatında çıxan sensasion müsahibəsini təqdim edir.
- İndiki qlobal peyvənd yarışının sonu necə olacaq. Rusiya bundan faydalanacaqmı?
- COVID-19 əleyhinə peyvənd lazımsızdır. Bu göz qabağındadır, istər ölkəmizdə, istərsə də xaricdə bu prosesin arxasında pulun "mənimsənilməsindən” başqa heç nə görmürəm. Dünyada qrip kimi kəskin respirator virus infeksiyalarına qarşı effektiv peyvəndlər yoxdur. Lakin bu cür vaksinlərin yaradılması üçün milyardlarla pul xərclənir: vəzifəli şəxslər və vaksin istehsalçıları üçün faydalıdır. Bəli, davam edən elmi araşdırmalar irəliləyir və biznesə çevrilir. Amma peyvəndin ciddi bir effektivliyi olmayacaq.
- ABŞ-da peyvəndin hazırlanması Ağ Evin himayəsinə verilib. "New York Times” xəbər verir ki, Tramp administrasiyası peyvəndlərin hazırlanmasını "Moderna”, "Merck”, "Johnson & Johnson”, "Pfizer” və "AstraZeneca” kimi şirkətlərə həvalə edib. Onlara əlavə dövlət maliyyələşdirmə imkanı veriləcək. Sizcə, Amerikada kütləvi peyvəndlər aparılacaqmı, məsələn, hərbi xidmət işçilərinə?
- ABŞ-da da kütləvi peyvəndlənmə olacağını düşünmürəm. Lakin Amerika dərman şirkətləri, qlobal peyvənd bazarına girməyə cəhd göstərəcəklər. Hesab edirəm ki, hər şey pul xatirinə edilir. Bu baxımdan peyvəndlər çox yaxşı bazardır.
- İyul ayının əvvəlindən etibarən bir sıra ölkələr yoluxmanın kəskin artdığını açıqladı. Üstəlik, Cənubi Koreya və ya İsrail kimi bu dövlətlər virusla mübarizədə qalib gələn nümunələr hesab olunurdu. Bu, pandemiyanın ikinci dalğası hesab oluna bilər?
- İsraildə lap əvvəldən son dərəcə sərt karantin rejimi tətbiq olundu. Bəlkə də oxşar hadisə İtaliyada epidemiyanın əvvəlində baş vermişdi, amma yenə də əmin deyiləm. Nəticədə, İsraildə çox aşağı yoluxma sayı müşahidə edilmişdi, orada demək olar ki, heç kim koronavirusdan xəstələnməmişdi. Karantin yumşaldıqdan sonra israillilər aktiv həyata geri döndü, nəticədə yoluxma sayında artım müşahidə olundu. Məncə, bu, ilk dalğanın davamıdır.
- COVID-19 əleyhinə peyvəndləri ilk Rusiya hazırlayarsa, onu digər dövlətlərə və ya Avropaya sata bilərmi?
- Bunu unudun. Heç kim bizi bu bazara buraxmaz. Peyvənd istehsalçılarımız yalnız Rusiya bazarını ələ keçirəcək, vəssalam.
- Niyə ÜST effektiv peyvənd olmadan koronavirusun yayılmasını dayandırmaq mümkün olmadığını söyləyir?
- ÜST bu pullar hesabına yaşayır, niyə bunu deməməlidir? Təşkilat dərman və vaksinləri reklam edir - bu qazanc işidir.
- Belə çıxır ki, ÜST-ün infeksiyalarla mübarizə aparan mərkəzləşdirilmiş beynəlxalq qurum olması fikri səhvdir?
- ÜST bacardığı qədər mübarizə aparır. Lakin çox pis mübarizə aparır. ÜST infeksiyanı müalicə etmir. Bəli, peyvənd araşdırmaları elmin inkişafına təkan verir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA