zamanlabirge.az
zamanlabirge.az

8 nəfərin zəhərləndiyi dönərxana bağlandı

13-12-2021, 13:29

8 nəfərin zəhərləndiyi dönərxana bağlandı Bakıda 8 nəfərin zəhərləndiyi iddia edilən "Dönər market" dönər evinin fəaliyyəti dayandırılıb.
Daxili İşlər Nazirliyinin Nəsimi rayon Polis idarəsinin və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları hadisə yerinə gəlib. "Dönər market" in fəaliyyəti tam dayandırılıb, ərazi lentlənib.
Hazırda obyektdə satılan dönərdən analizlər götürülür.
Qeyd edək ki, zəhərlənmə hadisəsi paytaxtın Nəsimi rayonu, metronun "28 May" stansiyasının yaxınlığında, "28 Mall" Ticarət Mərkəzinin qarşısındakı dönər evində baş verib.
Səhər saatlarında 8 nəfər zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti orta ağırdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA