zamanlabirge.az
zamanlabirge.az

Brend səhiyyə ocağı

17-11-2022, 12:44

Brend səhiyyə ocağı Səhiyyə sosial-tibbi münasibətlərin geniş əhatə yaratdığı sahədir və ölkəmizdə də bu sahəyə xüsusi dövlət dəstəyi var. Buna görə artıq Azərbaycan səhiyyəsi günün reallığına çevrilib, əhali bu sahədəki inkişafı öz gözləri ilə görür və təqdir edir...
Azərbaycan səhiyyəsi təkcə dövlət qayğısı ilə deyil, şəxsi (özəl) diqqət sayəsində də öz uğurlarını artırmaqdadır. Əhalinin inamı, verdiyi rəylər bu prosesin doğruluğunu isbat edir.
Açığı, Avrasiya hospitalı da bu gün ölkə səhiyyəsinin inkişafında önəmli rol oynayır. Hospitalın direktoru həkim-kardioloq Azər Nağıyevin bilavasitə, rəhbərliyi ilə bu tibb ocağında səhiyyə resursları günün tələblərinə tam cavab verir, müraciət edənlər buradakı tibbi xidmətdən razılıq edirlər. Azərbaycan Tibb Universitetinin 1-ci Müalicə-Profilaktika fakultəsin müvəffəqiyyətlə bitirmiş Azər Nağıyev rəhbəri olduğu hospitalda tibbi aspektlərə əsl ziyalı gözü ilə önəm verir. Müəyyən vaxtlarda həkim-kardioloq, poliklinika şöbəsinin müdiri, baş həkimin müavini və baş həkim vəzifələrində çalışması ona böyük təcrübə qazandırıb və o, bu bacarıq sayəsində Avrasiya Hospitalını nəinki Azərbaycanda, dünyada tanıtdırıb.
Azər Nağıyev, bildiyimiz kimi, bir çox Tibbi Assosiasiyaların - Azərbaycan Kardiologiya Cəmiyyəti (AKC), Avropa Kardioloqlar Cəmiyyəti (ESC) və Avropa Kardiologiya Cəmiyyətinin üzvüdür. Onun tibbi bacarığı bu assosiasiyalarda da yüksək qiymətləndirilir. Azər Nağıyev, həmçinin, Türkiyə Kardioloji Dərnəyinin (TKD) üzvüdür. O, həkim-kardioloq kimi fəaliyyət göstərdiyi müddət ərzində Azərbaycanda və Türkiyədə, Avropanın bir sıra ölkələrində, o cümlədən Fransada, Böyük Britaniyada, Hollandiyada, Çexiyada, Almaniyada keçirilən Avropa Kardioloqlar Cəmiyyətinin konfranslarında aktiv iştirak edib. Bir sözlə, onun rəhbərliyi altında Avrasiya Hospitalı ölkə əhalisinin mütəmadi üz tutduğu, etibar etdiyi və xidmətlərindən razı qaldığı universal tibb ocağına çevrilib.
Avrasiya Hospitalının misilsiz inkişafında travmatoloq-ortoped Araz Cəfərovun, uroloq Elnur Məmmədovun və adlarını çəkmədiyimiz digər həkimlərin də məxsusi rolu var. Onların yüksək peşəkarlığı sayəsində adıçəkilən hospital artıq Azərbaycanda brend tibb müəssisəsi kimi şöhrət qazanıb.
Azər Nağıyev başda olmaqla, Avrasiya Hospitalının bütün tibb personalına müstəqil ölkəmizin daha sürətli inkişafı yolunda can sağlığı arzulayırıq.

Fərqanə Müseyibqızı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA